SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI - VİDEO

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI - VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI - VİDEO

626798

Yol-nəqliyyat hadisəsində bir gəncin ölümünə, digərinin isə xəsarət almasına səbəb olmaqda və hadisə yerindən qaçmaqda təqsirləndirilən bloqer - "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Tiktoker "Arzum"un məhkəməyə gətirilmə GÖRÜNTÜLƏRİ – VİDEO


Bizim.Media xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsində verilib.

Qərara əsasən, vəkillərin İlduzə Hacıyevanın həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti təmin olunub. Həmçinin apellyasiya şikayəti məhkəmə baxışına verilib. Şikayətə məhkəmə istintaqı aparılmaqla baxılması qərara alınıb.

Xatırladaq ki, o, Xəzər Rayon Məhkəməsinin hökmü ilə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunmuşdu.
 

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. İttihama görə, təqsirləndirilən qəzanı törətdikdən sonra hadisə yerini tərk edib.


İlduzə Hacıyeva Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham olunur.

Qəzanın görüntüləri hadisədən sonra sosial şəbəkələrdə də yayılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO