Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu

Hazırda oxunan: Maduronun işi üzrə məhkəmə iclasının TARİXİ məlum oldu
626931
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı gələn ilin iyun ayında narkotik ticarəti ittihamı ilə məhkəmə qarşısına çıxacaqlar.

Bizim.Media xəbər verir ki,bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Hakim hər iki tərəfin vəkillərinin xahişi ilə məhkəmə baxışının tarixini iyunun 1-i 2027-ci ilə təyin edib.

Müdafiə tərəfinin vəkilləri sentyabrın əvvəlində ittiham aktına etiraz etmək üçün vəsatətlər verməyə başlayacaqlar, Maduro və həyat yoldaşı isə bu vəsatətlər üzrə şifahi dinləmələr üçün noyabrın 17-də məhkəməyə gələcəklər.
 

63 yaşlı Maduro və onun 69 yaşlı həyat yoldaşı Silia Flores, ABŞ qoşunlarının yanvarın əvvəlində Karakasdakı evlərində keçirdiyi gecə reydi zamanı onları ələ keçirərək Nyu-Yorka gətirməsindən bəri Bruklin həbsxanasında saxlanılırlar.


ABŞ-yə kokain idxal etdikləri sübuta yetirilsə, onları ömürlük həbs cəzası gözləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO