Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

Hazırda oxunan: Kansler Paşinyanı sülh üçün addım atmağa ÇAĞIRDI

626903

Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasındakı sülh prosesini, eləcə də Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius bildirib.

Onun sözlərinə görə, iki ölkə liderləri Yaxın Şərqdəki mövcud vəziyyət, Ukraynadakı münaqişə və onların Cənubi Qafqaz regionuna təsiri barədə fikir mübadiləsi aparıblar.
 

"Almaniya Kansleri Ermənistan və Azərbaycan arasındakı sülh prosesində gələcək addımlara çağırıb və onun regional sabitlik üçün vacibliyini vurğulayıb", - Ş.Kornelius qeyd edib.


O əlavə edib ki, tərəflər həmçinin Almaniya və Ermənistan arasında ikitərəfli münasibətlərin genişləndirilməsi, eləcə də Ermənistanın Avropa İttifaqı ilə əlaqələrinin daha da inkişafı perspektivlərini müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO