Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

Hazırda oxunan: Türkiyədə 50 dərəcə isti olacaq – Əhali və tursitlərə çağırış edildi

626906

Türkiyənin bəzi bölgələrində havanın temperaturu +50°C-yə çata bilər, bu səbəbdən turistlər günorta saatlarında küçədə olmaqdan çəkinməlidirlər.

Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə türkiyəli terapevt Dilək Şəngül bildirib.
 

“Xüsusilə Egey və Aralıq dənizi bölgələrində havanın temperaturu +50°C səviyyəsində hiss olunacaq. Turistlər və risk qrupuna daxil olan insanlar saat 11:00-dan 16:00-dək küçəyə çıxmamalıdırlar”, - deyə o qeyd edib.


Ekspert vurğulayıb ki, günorta saatlarında günəş altında uzun müddət qalmaq günvurma, susuzlaşma (dehidratasiya) və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Onun sözlərinə görə, yaşlı insanlar, hamilə qadınlar, uşaqlar, həmçinin ürək-damar xəstəlikləri olan şəxslər xüsusilə diqqətli olmalıdırlar.

Şəngül həmçinin turistləri ən isti saatlarda qapalı məkanlarda qalmağa, kifayət qədər su içməyə, açıq rəngli, yüngül geyimlər geyinməyə və baş geyimlərindən istifadə etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO