ABŞ Prezidenti Donald Tramp İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazındakı gəmilərə hücumları davam etdirəcəyi təqdirdə İranı ölkənin infrastruktur obyektlərinə zərbələr endirməklə hədələyib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bundan sonra İran hər dəfə Hörmüz boğazındakı gəmini raket, pilotsuz uçuş aparatı və ya istənilən digər qurğu, yaxud silah növü ilə atəşə tutacağı zaman ABŞ zərbələr endirəcək və Tehranın yaxınlığında və ya paytaxtda yerləşən obyektlər də daxil olmaqla körpü və ya elektrik stansiyasını məhv edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!", - deyə Tramp yazıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:18 / 22.07.2026
Trampdan Tehrana son xəbərdarlıq: “İran gəmiləri vursa...”
Hazırda oxunan: Trampdan Tehrana son xəbərdarlıq: “İran gəmiləri vursa...”
Hazırda oxunan: Trampdan Tehrana son xəbərdarlıq: “İran gəmiləri vursa...”
626883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































