Türkiyənin Afyonkarahisar, Antalya və Muğla vilayətlərində meşə yanğınları başlayıb.
Bizim.Media “HaberGlobal”a istinadla xəbər verir ki, əraziyə Antalya Meşəçilik Regional Müdirliyinin və yanğınsöndürmə briqadalarının qrupları göndərilib.
Antalya şəhərinin Kepez rayonunun Çamlıca məhəlləsində baş verən yanğının söndürülməsinə havadan və qurudan müdaxilə edilir.
Yanğının söndürülməsinə 5 helikopter, 4 yanğınsöndürən təyyarə, 12 xüsusi texnika, 4 su təchizatı maşını və 4 ilkin müdaxilə avtomobili cəlb olunub.
Alovların yaşayış məntəqələrinə yayılmasının qarşısını almaq üçün tədbirlər görülür. Təhlükə səbəbindən bölgədəki bəzi evlər təxliyə edilib.
Hazırda Muğlanın Fethiye və Afyonkarahisarda baş verən meşə yanğınlarının söndürülməsi istiqamətində də işlər davam etdirilir.



Bizim.Media



































































































