Tramp daha bir ölkəyə zərbə endirmək İSTƏYİR

Tramp daha bir ölkəyə zərbə endirmək İSTƏYİR

Hazırda oxunan: Tramp daha bir ölkəyə zərbə endirmək İSTƏYİR
626916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağ Evin rəhbəri Donald Trampın administrasiyası Malidə “İslam və Müsəlmanlara Dəstək Qrupu”na (“Əl-Qaidə” terror təşkilatı ilə əlaqəlidir) qarşı hərbi əməliyyat keçirməyi nəzərdən keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə fəaliyyətdə olan və keçmiş amerikalı məmurlara istinadən “The Washington Post” qəzeti məlumat yayıb.
 

Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar rəhbərliyinin daxilində hərbi əməliyyatın zəruriliyi ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır. Ağ Evin Milli Təhlükəsizlik Şurasının antiterrorla mübarizə üzrə baş direktoru Sebastyan Qorka güc tətbiq edilməsinin aktiv tərəfdarlarından biri kimi çıxış edir.


Bununla belə, Pentaqon bu məlumatı heç bir şəkildə şərh etmir, Ağ Ev isə ABŞ prezidentinin əməliyyata başlamaq barədə əmr vermək niyyətində olub-olmadığını açıqlamır.

Administrasiyadan bildirilib ki, Vaşinqton Afrika ölkələrini “terrorçulara qarşı hərbi səylərini dəstəkləmək üçün ABŞ avadanlıqları və xidmətlərini satın almağa” çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO