Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO

Hazırda oxunan: Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü - FOTO
626940
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.
 

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.


Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO