Təcili yardımı boş yerə məşğul edənlərin sayı AÇIQLANDI

Təcili yardımı boş yerə məşğul edənlərin sayı AÇIQLANDI

Hazırda oxunan: Təcili yardımı boş yerə məşğul edənlərin sayı AÇIQLANDI

626884

Bu ilin ilk 6 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 38 min 418 əsassız çağırış daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, əsassız çağırışlar resurslardan səmərəli istifadə olunmasının qarşısını alır, eləcə də təcili çağırışlara operativ xidmət göstərilməsi prosesinə mənfi təsir edir.
 

Belə hallarda briqadaların əsassız çağırışlara cəlb olunması real təcili vəziyyətlərə çatma müddətinin uzanmasına səbəb ola bilər.


Hazırda TƏBİB tərəfindən vətəndaşlar arasında təcili tibbi yardım xidmətindən düzgün istifadə ilə bağlı mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir. Məqsəd əhalidə bu xidmətin yalnız təcili və təxirəsalınmaz hallarda çağırılmasının vacibliyi barədə məlumatlılığı artırmaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO