Azərbaycan axtarışda olan Qırğızıstan vətəndaşını Rusiyaya təhvil verdi

Azərbaycan axtarışda olan Qırğızıstan vətəndaşını Rusiyaya təhvil verdi

Hazırda oxunan: Azərbaycan axtarışda olan Qırğızıstan vətəndaşını Rusiyaya təhvil verdi

626882

Qırğızıstan vətəndaşı - 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Rusiya Baş Prokurorluğunun vəsatətini Azərbaycanın Baş Prokurorluğu təmin edib.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
 

Belə ki, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Tadzhimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.


Təqsirləndirilən şəxs Azərbaycanın Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyanın səlahiyyətli orqanına təhvil verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO