Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

Hazırda oxunan: Kreml Sumı və Xarkov vilayətlərində işğal etdiyi əraziləri geri qaytarmayacaq - Bloomberg

626838

Kreml mümkün sülh sazişi çərçivəsində Ukraynanın Sumı və Xarkov vilayətlərində işğal olunmuş əraziləri geri qaytarmaq variantını artıq nəzərdən keçirmir.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskva həmin əraziləri "təhlükəsizlik bufer zonası" kimi saxlamağı, eyni zamanda Donetsk vilayətinə tam nəzarəti hərbi yolla ələ keçirməyi planlaşdırır.
 

Agentliyin yazdığına görə, Kreml Putinlə Trampın Alyaskadakı sammitindən sonra ABŞ ilə əldə olunduğu deyilən qeyri-rəsmi razılaşmaların faktiki olaraq pozulduğunu hesab edir. Mənbələrin sözlərinə görə, əvvəllər Rusiya Sumı və Xarkov vilayətlərindəki işğal olunmuş əraziləri Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsi müqabilində qaytarmağı mümkün sayırdı. Lakin artıq bu ssenari gündəmdən çıxarılıb.


Mənbələr mövqedəki dəyişikliyi Vaşinqtonun siyasətini sərtləşdirməsi, yeni sanksiyalara dəstək verməsi və Ukraynanın Rusiya ərazisinə endirdiyi zərbələrlə izah edirlər.

Bloomberg-in həmsöhbətlərinin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna ilə danışıqlara qayıtmazdan əvvəl Donetsk vilayətinə tam nəzarəti ələ keçirməyə ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO