Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

Hazırda oxunan: Amalın anası bloger “Arzum”la barışmaqdan imtina etdi - DETALLAR

626909

Xəbər verdiyimiz kimi, 20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyeva (Arzum) ev dustaqlığına buraxılıb.

Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, onun səbəb olduğu avtomobil qəzasında həyatını itirən Amal Məlikovun ailəsi ilə barışıq əldə olunmayıb.
 

MÖVZU İLƏ BAĞLI: 

SON DƏQİQƏ! "Arzum" ev dustaqlığına BURAXILDI - VİDEO


Bu barədə TikTok-da canlı yayım açan Valeh Dadaşov məlumat verib. O bildirib ki, Amal Məlikovun atası, bacısı və həyat yoldaşı Sənubər Muradova barışığa razı olublar.

Ancaq mərhumun hüquqi varisi olan anası buna razılıq verməyib:

"Amalın bacısı və həyat yoldaşı barışıb. Amma Amalın hüquqi varisi anasıdır. O, razılıq verməlidir ki, barışıq rəsmi olsun. O da razılıq vermir. 2 ay istintaq olacaq. Həmin ərəfədə "Arzum" məhkəməyə gedib gələcək".

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. Gecə yarısı “Changan” markalı avtomobili idarə edən “Arzum” sola dönmə manevri edərkən arxadan gələn “Mercedes”lə yandan toqquşub. Nəticədə “Mercedes” idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü- 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
 

Açılan cinayət işinə əsasən, İ.Hacıyeva 5 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökm elan edildikdən dərhal sonra o, məhkəmə zalında həbs olunaraq cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.


Bu gün isə apellyasiya məhkəməsi keçirilib və tiktoker ev dustaqlığına buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO