Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

Hazırda oxunan: Rusiyada deputatlar da hərbi toplanışa CƏLB EDİLƏ BİLƏR

626858

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Müdafiə Nazirliyinə deputatlar üçün hərbi toplanışların keçirilməsi məsələsini araşdırmağı təklif edib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, Volodin bu təşəbbüslə Dövlət Dumasının plenar iclasında çıxış edib.

"Müdafiə Nazirliyi siyasətçilərə silahlı qüvvələrə daha yaxın olmalarını, ordu quruculuğunu anlamalarını təklif etməlidir. Ona görə də hərbi toplanışlarla bağlı məsələni işləyib hazırlayın, biz isə siyahıları formalaşdıraq", – deyə Volodin bildirib.

Duma sədrinin sözlərinə görə, bütün deputatlar hərbi xidmət keçməyib və hərbi uçot ixtisasına malik deyil.

"Əgər bir siyasətçi seçilibsə və xalqın adından qərarlar qəbul edirsə, o, hərtərəfli hazır olmalıdır", – deyə Vyaçeslav Volodin əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO