Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

Hazırda oxunan: Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya OLUNDU

626874

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları Emil Faiq oğlu Kazımov, Cabbar Məmmədrza oğlu Məmmədov, Habil Hüseyn oğlu Əliyev, Fuad İlqar oğlu Babayev və Kənan Əli oğlu Quliyev Rusiyadan Azərbaycana ekstradisiya olunub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Emil Kazımovun külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq, Cabbar Məmmədovun təkrar dələduzluq, Habil Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla törədilən oğurluq, Fuad Babayev və Kənan Quliyevin isə bir qrup şəxs halında silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiyada saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO