Qarabağ müharibəsi Azərbaycanımızın tarixində çox dərin izlər buraxdı. Həmin döyüşlərdə ordumuz olmasa da, vətənimizin müdafiəsinə qalxan könüllü oğullarımız çox oldu. Bu el üçün kimi canından keçdi, kimi müxtəlif dərəcəli xəsarətlər aldı. Onlardan biri də el içində hamının “General Əli bəy”x9d kimi tanıdığı döyüşçü və eyni zamanda fotoqrafçı Əlövsət Zöhrab oğlu Qasımovdur. Ona “General”x9d adını isə Heydər Əliyev verib.
Əlövsət Qasımov kimdir?
Əlövsət Zöhrab oğlu Qasımov 1960-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonununYengicə kəndində anadan olub. Tərtər rayon Bəyimsarov kədində kənd mədəniyyət evinin direktoru işləyib. Qarabağ müharibəsinin ilk günlərindən 4 qardaşı ilə birlikdə könüllü surətdə döyüş əməliyyatlarında 7-il (1989-1996) iştirak edərək, misli görünməmiş qəhrəmanlıqları ilə döyüşçülərə nümunə olub.
Güllə yarası alan Əlövsət Qasımov mübarizəsini davam etdirir...
1992-ci ilin avqust ayında Ağdərə istiqamətində gedən döyüşlərdə Əlövsət müəllim yaralanaraq hospitala yerləşdirilir. Sağaldıqdan sonra, Bəyimsarov kənd Mədəniyyət evində düşünür ki, nə etsin? Tez bir zamanda cavabını tapır.
Erməni vəhşiliyini öz gözləri ilə görən Əlövsət Qasımov ideyasını gerçəkləşdirmək üçün mümkünsüz görünən bir addım atır - Heydər Əliyevlə görüşür...
1991-1992-ci ildə o, bir neçə dəfə Naxçıvana gedərək, Heydər Əliyevlə görüşür, onun dəyərli tövsiyyələri və göstərişləri ilə müharibənin dəhşətli faciələrinin sənədləşdirilməsi, tarixin saxtalaşdırılmaması naminə, real faktların gələcək nəsillərə çatdırılması üçün məsləhətlər alır. H.Əliyev ona cavabında deyir ki; “Oğul, bu hadisələr yaddaşa köçürülməlidir!”x9d
Sıravi əsgərlikdən məşhur fotoqrafçılığa gedən yol...
Hələ Almaniyada hərbi xidmət etdiyi dövrdə, fotoqrafçılığın sirlərini öyrənən Əlövsət müəllimə, Ümummilli lider Heydər Əliyev tərəfindən deyilən; “Oğul, bu hadisələr yaddaşa köçürülməlidir!”x9d sözü, elə bil onu yuxudan oyadır. O, hərbi xidmətdən gətirdiyi fotoaparatını rayon mədəniyyət evindən götürərək döyüşə yollanır. Elə hər şey də bundan sonra başlayır. O, həm Azərbaycan, həm də erməni döyüşçülərindən gizlin şəkillər çəkməyə başlayır. Həmin vaxt bu işi görmək çox təhlükəli idi, o, gülləyə tuş gələ bilərdi. Amma o bu təhlükəyə məhəl qoymur, bunun üçünsə ona heç bir kömək lazım olmur. Fotoaparatı 8 saniyəyə quraraq, özüylə birlikdə bütün vəhşilikləri lentə ala bilir.
O, eyni zaman da döyüş bölgəsində quraşdırılmış “mina”x9dları zərərləşdirərək, şəhidlərin şəklini çəkir, onların oradan çıxarılmasını birbaşa özü həyata keçirir...
Erməni əsirliyində hesab edilən, itkin düşdüyü güman olunan şəhidlərimizi döyüş meydanlarından çıxararaq, şəxsiyyətlərini müəyyən edir. Onlardan 950 şəhid məhz Əlövsət Qasımovun təşkilatçılığı ilə ailələrinə göndərilir. Eləcə də o, erməni vəhşiləri tərəfindən tanınmaz hala salınmış, başı kəsilmiş, min bir işgəncəyə məruz qalmış şəhidlərimizin hər birinin fotoşəklini çəkərək, erməni vandalizmini ifşa edən çox qiymətli tarixi foto-salnamə yaradır.
O, həyatını təhlükəyə ataraq, meyitlərin üzərindən silahlarını da toplayır...
Müharibənin dəhşətlərini öz gözləri ilə görən, hər bir şəhidin faciəsini onunla bərabər qəlbən yaşayan Əlövsət Qasımov canlı şahidi və iştirakçısı olduğu müharibənin hər anını lentə alaraq, tarixi düşmənimiz olan ermənilərin qəddarlıqlarını bu gün bütün dünyada inkaredilməz faktlarla ifşa edir. Onun çəkdiyi foto-şəkillər dünyanın müxtəlif ölkələrində, həmçinin də öz vətənimizdə sərgilərdə dəfələrlə nümayiş etdirilmişdir. Eyni zamanda, Əlövsət Qasımov Ulu Öndərimiz Heydər Əliyevin göstərişi ilə erməni ordusunun əsgərlərinə məxsus 1017 avtomat silahı döyüş gedən ərazilərdən toplayaraq, rəsmi sənədlərlə Azərbaycan ordusuna təhvil vermişdir.
Şəkildən yazıya köçən hadisələr. O, bu yöndə indi də qələmiylə mübarizə aparır...
Bundan başqa o, Qarabağ döyüşlərində 38-cinayətin üstünü açmışdır.”x9dGeneral Əli bəy”x9d adı ilə tanınan bu məhşur qəhrəman döyüşçünün cəbhədə göstərdiyi misilsiz xidmətləri: “Müharibənin canlı ensklopediyası”x9d, “Erməni vandalizmi,”x9d “Başsız meyit,”x9d “Şahid şəhidlər haqqında,”x9d “Qanlı köynəklər,”x9d “Ölümlə üz-üzə,”x9d “Sonsuz erməni vandalizminin iç üzü,”x9d “Oğurlanmış tarixi soyqırım,”x9d “Sağlamlığın sirri,”x9d “Erməni terroru,”x9d “Türklərə qarşı törədilmiş erməni terrorunun qısa xronikası”x9d “Heydər Əliyevin hər anı bir məktəbdir”x9d adlı kitablarında öz əksini tapmışdır. Onun böyük vətənpərvərlik fəaliyyətindən bəhs edən “Ruhumun harayı”x9d və “Qarabağ çağırır bizi”x9d sənədli filmlər respublikamızda və xarici ölkələrdə nümayiş olunur. Əlövsət Qasımov 1996 -cı ildə Ordu sıralarından tərxis olunub.
Özünü vətən üçün qurban vermiş adam...
Belə bir vətənpərvər oğul Qarabağ müharibəsində erməni vəhşiliyinin qurbanı olmuş şəhidlərimizin döyuş meydanlarından çıxarılmasında misli görünməmiş işlər görmüşdür. Amma, düşünməmişdir ki, bu işlərdə ağır yoluxucu infeksiyaya yoluxa bilər.
Əlövsət Qasımov Qarabağda çəkdiyi fotolardan ibarət İstanbul şəhərində 11 günlük sərgi keçirərkən onun xəstəliyi şiddətlənmiş və həkimlərin səyi nəticəsində vəziyyəti yaxşılaşmışdır. Əlövsət Qasımov “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma”x9d İctimai birliyinin təsisçisi və sədridir.
Həmin fotolardan bir neçəsini təqdim edirik.












Vasif Əlihüseyn







































































































