Tovuzda 3 güllə ilə arxadan vurulan əsgərlə bağlı   -Açıqlama

Tovuzda 3 güllə ilə arxadan vurulan əsgərlə bağlı -Açıqlama

Hazırda oxunan: Tovuzda 3 güllə ilə arxadan vurulan əsgərlə bağlı -Açıqlama

105040
Müdafiə Nazirliyi Tovuzda ölən əsgərlə bağlı məlumat yayıb.

Moderator.az xəbər verir ki, nazirliyin yaydığı xəbərdə bildirilir ki, 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Nazirlyin məlumatında qeyd edilir ki, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir: “Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdiriləməsi bir daha tövsiyə olunur”x9d.

Qeyd edək ki, əsgərin yaxınları bildiriblər ki, Məmməd Siraclının kürəyində 3 güllə yarası olub. Onun özünü öldürməsi ilə bağlı səsləndirilən iddiaları qəbul etməyən ailə bildirir ki, 19 yaşlı əsgər güllələnərək öldürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO