Arvadı ilə dalaşdı, özünü yandırdı  - Gəncədə

Arvadı ilə dalaşdı, özünü yandırdı - Gəncədə

Hazırda oxunan: Arvadı ilə dalaşdı, özünü yandırdı - Gəncədə

101925
Moderator.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, şəhərin Cavadxan qəsəbəsində Dilqəm Qocayev ailə münaqişəsi zəmnində həyat yoldaşı Ruhanə Qocayeva ilə mübahisə edib və bundan sonra üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. R.Qocayeva və qayınatası Yusif Əhmədov onu xilas etmək istəyərkən özləri də yanıq xəsarətləri alıblar.

Eyni zamanda hadisə baş verən fərdi evin bir otağı yanıb. Hadisə yerinə Gəncə Şəhər Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Hər üç şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO