SON DƏQİQƏ! Sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

SON DƏQİQƏ! Sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ! Sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO
240743
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.
 

Məlumata görə, mart ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı (PUA) səsi eşidilmiş, bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 (iki) nəfər naməlum şəxs müşahidə olunmuşdur.


Sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılmış, xidməti ərazi qapadılmışdır.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılmış, Abşeron rayonu, Saray qəsəbə sakinləri – 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbala oğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Nemət Mollağa oğlu şübhəli şəxs qismində saxlanılmışdır.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür.

İlkin dindirmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədilə gəldiklərini etiraf etmişlər. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



SON DƏQİQƏ! Sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO - foto 1
SON DƏQİQƏ! Sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var – VİDEO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO