Bayram tətili başa çatdı: Avtovağzallarda sıxlıq yarandı - VİDEO

Hazırda oxunan: Bayram tətili başa çatdı: Avtovağzallarda sıxlıq yarandı - VİDEO

184318

Novruz bayramı tətilinin başa çatması ilə bölgələrə gedənlər Bakıya üz tuturlar. Sərnişin çoxluğuna görə rayon avtovağzalları qrafiklərində dəyişiklik edib.

Bizim.Media xezerxeber.az-a istinadən xəbər verir ki, Zaqatala avtovağzalında sıxlığın qarşını almaq üçün əlavə avtobuslar cəlb olunub.

Sərnişinlərin bəziləri sıxlıq olacağını təxmin etdikləri üçün bileti öncədən alıblar.  

Novruz bayramı tətilinin son günündə Gəncə beynəlxalq avtovağzalında da canlanma müşahidə olunur. Sərnişinlərin əksəriyyəti tədbirini əvvəldən görsə də, həmin gün bilet alanlar da olub. Avtovağzal rəhbərliyi də əvvəlki təcrübələrə əsaslanaraq xəttə əlavə avtobuslar cəlb edib. Gəncədən Bakıya gün ərzində sürət qatarı, taksilərlə də sərnişin daşınması həyata keçirilir.

Bayram günləri ilə əlaqədar iki gündür Lənkəran avtovağzalı gücləndirilmiş iş rejimində çalışır. Avtovağzalda səhər saatlarında sıxlıq müşahidə olunub. Buna görə də Lənkəran avtovağzalından əlavə olaraq səkkiz avtobus xəttə buraxılıb.
Avtovağzal rəsmisi süni qiymət artımının olmaması üçün nəzarət tədbirlərinin də gücləndirildiyini bildirib.

Ətraflı süjetdə:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO