Laçın Beynəlxalq Hava Limanı belə görünəcək - VİDEO

Laçın Beynəlxalq Hava Limanı belə görünəcək - VİDEO

Hazırda oxunan: Laçın Beynəlxalq Hava Limanı belə görünəcək - VİDEO

153914

Sosial şəbəkələrdə Laçın rayonunda tikilən yeni hava limanının necə görünəcəyi haqda video yayımlanıb.

Bizim.Media xəbər verir ki, görüntülərdə hava limanının dispetçer qülləsi, əsas terminal binası, uçuş-enmə zolağı, dayanacaq, körpü ilə aeroporta gələn avtomobil yolu yer alıb.

Ölkəmiz üçün mühüm əhəmiyyəti olan Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni 60 metr, perron sahəsi 50 min kvadratmetr olacaq. 

Terminalın sahəsi isə 5 min kvadratmetrdir. Hava limanında saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstəriləcək. 

Hava limanının inşası Laçın və Kəlbəcərin turistik potensialından geniş istifadə olunmasına imkan vərəcək.
Qeyd edək ki, Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci il avqustun 16-da qoyulub və tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO