KİV: Krım körpüsündə partlayış baş verib, ölənlər var - VİDEO

Hazırda oxunan: KİV: Krım körpüsündə partlayış baş verib, ölənlər var - VİDEO

146562

Krım körpüsündə baş verən partlayış nəticəsində azı iki nəfər ölüb.

Bizim.Media xəbə verir ki, bu barədə "Baza” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, körpüdə baş verən partlayış nəticəsində Rusiya Federasiyasının Belqorod vilayətindən olan turistlərin olduğu avtomobilə ziyan dəyib, 1 nəfər xəsarət alıb.
Daha əvvəl, Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar körpüdə nəqliyyatın hərəkəti dayandırılıb.

"Krasnodar diyarı istiqamətində, 145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar ərazidə işləyir", - o deyib.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO