Azərbaycan qırıcılarını havaya qaldırdı

Azərbaycan qırıcılarını havaya qaldırdı

Hazırda oxunan: Azərbaycan qırıcılarını havaya qaldırdı

91574
Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri “TurAz Qartalı - 2015”x9d birgə taktiki təlimlərinə hazırlıq məqsədilə planlı təlim-məşq uçuşları həyata keçirir.

Moderator.az Müdafiə Nazirliyinin məlumatna istinadla xəbər verir ki, Hərbi Hava Qüvvələrinin uçuş, mühəndis-texniki heyəti, o cümlədən bort və yerüstü xidmətlərin mütəxəssislərinin iştirakı ilə keçirilən məşqlərdə aviasiya vasitələri şərti hava döyüşlərini imitasiya etməklə müxtəlif manevrlər və bir sıra xüsusi tapşırıqları yerinə yetirir, şəxsi heyətin təlim-döyüş təcrübəsi üzrə vərdiş və bacarıqlarını təkmilləşdirirlər.

Təlim-məşqlərdə pilotlar hərəkət edən və hərəkətsiz yerüstü hədəfləri, müxtəlif obyektləri, şərti düşmənin zirehli texnikası, helikopteri, aşağı hündürlükdə və zəif sürətlə uçan hava aparatlarının aşkar edilməsi və tanınması tapşırıqlarını da icra edirlər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO