Səhiyyə Nazirliyi Bakıda şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Bakıda şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Hazırda oxunan: Səhiyyə Nazirliyi Bakıda şadlıq evindəki kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

89963
Səhiyyə Nazirliyi Bakıda “Zəngəzur”x9d şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən apa-ya verilən xəbərə görə, 8 avqustda Binəqədi rayonundakı “Zəngəzur”x9d şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər.
 
Müraciət edənlərlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilb.
 
Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir. Onların hamısına bütün zəruri tibbi yardım göstərilir, profilaktik tədbirlər görülür.
 
Laborator müayinə üçün qusuntu və yuyuntu materialları götürülüb.
 
Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı”x9d ehtimal olunur.
 
Hadisənin araşdırılması davam edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO