Məşhur hüquqşünas Aslan İsmayılov facebook səhifəsində jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı maraqlı status yazıb. Moderator.az olaraq mövcud Azərbaycan reallığını özündə əks etdirən həmin statusu oxuculara təqdim edirik:
“İdmançılar jurnalist Rasim Əliyevi
öldürdü. Bir çoxları bunu dəhşətlə qarşıladı. Ancaq təəssüf ki, bu, cəmiyyətimizin
getdiyi yolun hələ də ən pis nöqtəsi deyil...
Qarabağda
illərlə döyüşüb əl-ayağını itirən qazi dilənən vaxtı bir dəfə çempion olan, 100
minlərlə mükafat, bahalı maşınlar, mənzillər hədiyyə alanda, toxunulmazlıq
imtiyazı qazananda, bir ayın içində mayor rütbəsinə yüksələndə, Rasim Məmmədovlar
həmin o çempionlardan qoçu dəstələri düzəldib sahibkarların halal mallarını əlindən alanda, deputat Fəzail Ağamalı Azərbaycan
gəncliyini qanuni oğrulardan ibrət götürməyə çağıranda, başqa təyin edilmiş
deputat Hadı Rəcəbov Azərbaycan müəllimini dərs vaxtından sonra hamballıq etməyi
tövsiyyə edəndə, vəkili bandotdela çağırıb özü kimi banditlərlə təhqir etdirib,
vurdurduqdan sonra həmin adamı istintaq idarəsinin rəisi təyin etdirəndə,
normal, mədəni, qanuna hörmət edən insan formalaşdıran vətəndaş cəmiyyətini məhv
edəndə, Hafiz Hacıyev, Araz Əlizadə kimi prezidentliyə namizədlər düzəldəndə,
Hacı Tale kimi savadlı din adamının cibinə narkotik qoyanda bilməliydik ki, bu
hələ mərəkənin başlanğıcıdır. Acınacaqlı
günlər hələ qabaqdadır. Özü də tək bizim üçün yox, birinci növbədə hakimiyyət
nümayəndələri üçün. Axı lap qədimdən deyərlər, nə tökərsən aşına o da çıxar
qaşığına”x9d.


































































































