Goranboyda Kəlbəcərdən olan 4 ailə susuzluqla sınağa çəkilib  - VİDEO

Goranboyda Kəlbəcərdən olan 4 ailə susuzluqla sınağa çəkilib - VİDEO

Hazırda oxunan: Goranboyda Kəlbəcərdən olan 4 ailə susuzluqla sınağa çəkilib - VİDEO
88183
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Hörmətli Moderator.az saytının rəhbərliyi! 

Biz Kəlbəcər rayonundan məcburi köçkün olan 4 ailə 22 ildir ki, Goranboy rayonun Xoylu kəndində məskunlaşmışıq. Çətin də olsa bu günə qədər öz dolanışığımızı əkin - biçinlə təmin etməyə çalışmışıq. Son vaxtlar havaların isti olmasından istifadə edən Goranboy rayon su və artezian idarəsinin işçiləri bizi susuzluqla sınağa çəkirlər. Belə ki, biz məcburi köçkün olduğumuza görə dövlətin bizə verdiyi komunal xərclərdən azad olma hüququmuzdan istifadə etdiyimiz üçün bu Goranboy rayon su və artezian idarəsini qane etmir. Onlar bizdən dolayı yolla da olsa nəğd pul istəyirlər. Biz həmin istəyi qarşılaya bilmədiyimiz üçün bizə su vermirlər, nəticədə əkdiyimiz əkinlər - ağaclar susuzluqdan məhv olurlar. 

Yuxarıda da qeyd etdiyimiz kimi biz bu ərazidə öz dolanışığımızın çox hissəsini əkinçiliklə təmin edirik. Ona görə də dövlət başçısından və aidiyyatı qurumlardan xahiş edirik ki, bizə yazıqları gəlsin, Goranboy rayon Su ve Artezian İdarəsinə göstəriş versinlər ki, bizi su ilə sınağa çəkməsinlər... 

Hörmətlə 

İbrahimov Tural Misir oğlu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO