“NATO dövlətlərinə hərbi əməkdaşlıq məsələsində məhdudiyyət qoyulmayıb”x9d

“NATO dövlətlərinə hərbi əməkdaşlıq məsələsində məhdudiyyət qoyulmayıb”x9d

Hazırda oxunan: “NATO dövlətlərinə hərbi əməkdaşlıq məsələsində məhdudiyyət qoyulmayıb”x9d

82764

Rusiyanın tanınmış hərbi eksperti Aleksandr Sobyanin Azərbaycan və Türkiyə strateji müttəfiqliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. Ekspert qeyd edib ki, Türkiyə NATO üzvü olduğuna görə Azərbaycanla strateji müttəfiqlik həyata keçirmək üçün bütün alyans üzvlərinin razılığını almalıdır.

Rus hərbi ekspertinin bu açıqlaması Azərbaycan ictimaiyyətində bəzi suallar doğurub.

Doğrudanmı NATO Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə maneədir? Həqiqətənmi alyans üzvlərinin razılığı olmadan Türkiyə Azərbaycanla strateji müttəfiq ola bilməz?

Moderator.az-a açıqlama verən siyasi şərhçi Elxan Mehdiyev A.Sobyaninin bu məsələdə ciddi yanlışa yol verdiyini vurğulayıb:

Rusiyalı politoloq yumşaq desək, düz danışmır. Istənilən NATO dövləti istənilən ölkə ilə strateji və taktiki müttəfiqlik edə bilər. Strateji müttəfiqlik deyəndə sadəcə birgə hərbi əməliyyatlar başa düşülmür ki. Bu anlayışın bir çox tərəfi var. Bu anlayış həm iqtisadi, həm xarici siyasətdə birgə kordinasiya, həm də hərbi əməkdaşlıq məsələlərini əhatə edir. NATO-da heç bir üzv dövlətə bu məsələdə hər hansı məhdudiyyət yoxdur. Məsələn, NATO ölkələrindən ABŞ, Fransa, İngiltərə bir çox ölkələrlə qarşılıqlı müdafiə ilə bağlı hərbi əməkdaşlıq edirlər. Bu, hər bir ölkənin haqqıdır”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO