“Bu milləti sevən hər kəs onun uğrunda şam kimi əriməyi bacarmalıdır”x9d

“Bu milləti sevən hər kəs onun uğrunda şam kimi əriməyi bacarmalıdır”x9d

Hazırda oxunan: “Bu milləti sevən hər kəs onun uğrunda şam kimi əriməyi bacarmalıdır”x9d

82201

Bugünlərdə Türkiyə universitetlərində təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulması, habelə Türkiyədəki parlament seçkilərində iştirak edən HDP-nin bəzi türklər tərəfindən də  dəstəklənməsi istər Azərbaycan, istərsə də Türkiyədə ciddi narahatlıqla qarşılanmaqdadır.

Vətəndaşlarda ən çox narahatlıq doğuran məqam isə bu cür arzuedilməz halların bütün dünyada milli oyanış və milli özünüdərk düşüncəsinin gücləndiyi bir zamana təsadüf etməsidir.

Maraqlıdır, kifayət qədər təhsil görən, müstəqil təhlil qabiliyyətinə malik olan bu insanların öz milli kimliklərinə arxa çevirməsi, digər millət və toplumların maraqlarının müdafiəçisi qismində çıxış etməsi nə ilə bağlıdır? Doğrudanmı, bu gün türk dünyasında milli özünüdərk, milli özünəqayıdışla bağlı ciddi problemlər var və baş verən bu cür neqativ olaylar da bu boşluqdan qaynaqlanır?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli baş verən son olaylardan ciddi təəssüf hissi keçirdiyini vurğuladı:

“Aqillərdən birinin belə bir deyimi var : “Mən öz millətimin diktatorunu başqa millətin demokratına dəyişmərəm”x9d.

Millətlər də insanlar kimi bir şeydir. Toplum o zaman yüksəklərə qanad aça bilir ki, onun sıravi üzvləri bu toplumu sevir, ona yüzlərlə, minlərlə tellerlə bağlı olur. Nəticədə, həmin toplumun uğurlarından milli qürur hissi formalaşır. Təəssüf edirəm ki, öz millətinə, keçmişinə arxa çevirən  bu adamlar kosmopolitizm yoluna qədəm qoyublar. Millətlərarası fərqi heçə sayırlar. Milli mənsubiyyətə önəm vermirlər”x9d.

Politoloqun qənaətincə, bəzən kürdlər milli şüur məsələsində daha yetkin mövqe və düşüncə sərgiləyir:

 “Kürdün ibtidai sinif qurtarmamış qadını, kişisi yetkin milli şüura malikdir. Onlar Böyük Kürdüstan uğrunda, milli müstəqillik uğrunda mübarizə aparırlar. Lakin bizim 3 tələbimiz, kifayət qədər təhsil görmüş gənclərimiz milli şüurun, milli mənsubiyyətin əhəmiyyətini dərk etmir, yaxud bunu heçə sayır. Bu, onların cahilliyini, düşüncəsizliyini göstərir. Mən onları cahil adlandırıram. Çünki oxumuş, bu millətə bağlı olan, onu sevən bir insan, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir və bu qəbildən olan minlərlə fədakar insanımız kimi bu millətin uğrunda şam kimi əriməlidir.

Cəlil Məmmədquluzadə soyuq qış günlərində evini isitməyə bir şey tapmayanda son əlyazmalarını sobaya atıb yandırdı. Burada həm bir qədər acıq hissi, həm də soyuqdan ölməmək üçün bir cəhd var idi. M.Ə.Sabir 11 uşğını saxlamaq üçün Sabunçuda sabun bişirirdi. Ağır qaraciyər xəstəsi olmasına baxmayaraq, həm şeir yazırdı, Azərbaycan ədəbiyyatı üçün misilsiz nümunələr yaradırdı, həm də övladlarını ac qoymamaq üçün tiyan qalayır, onun içindəki piyi əridib qarışdırmaqla sabun hazırlayıb satırdı. Mən hələ Nəsimini, Füzulini, başqalarını demirəm”x9d.

Q.Hüseynlinin qənaətincə, hər bir insan öz tarixini bilməli və bu tarixlə, öz keçmişi ilə qürur hissi duymalıdır:

“Biz böyük türk qövmünün, böyük türk dünyasının - səlcuq türklərinin oğuz qoluna mənsub olan türk insanıyıq. Bizim əcdadlarımız az qala bütün dünyanı fəth ediblər. Doğrudur, bu gün biz həmin dövrü yaşaya bimirik. Nə olsun? Rusiya 300 ildən çox əcdadlarımızın əsarəti altında yaşayıb. Bu gün rusların damarlarında axan qanın 60%-i bizim əcdadlarımıza məxsusdur. Atilla ta Avropanın mərkəzinə qədər gedib çıxmışdır.

Insan tarixini, keçmişini bilməlidir və bununla qürur duymalıdır. Və bu gün millətində hansı naqisliklər varsa, onu yox etmək üçün mübarizə aparmalıdır”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO