Tanınmış hüquqşünas Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsinə inanmır...

Tanınmış hüquqşünas Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsinə inanmır...

Hazırda oxunan: Tanınmış hüquqşünas Emin Hüseynovun vətəndaşlıqdan məhrum edilməsinə inanmır...

82135
Mühacirətdə yaşamağa məcbur olan tanınmış hüquqşünas Əlövsət Əliyev RATİ rəhbəri Emin Hüseynovun prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan vətəndaşlığından məhrum edilməsini şərh edərək bunun yolverilməz olduğunu bildirib:

"Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun 10 aydır sığınacaq tapdığı İsveçrə səfirliyinin binasınından çıxarılmaqla ölkəni tərk etməsi xəbərinə sevindim. Lakin onun Azərbaycan prezidentinin sərəncamı ilə ölkə vətəndaşlığından çıxması ağlabatan deyil və yolverilməzdir. 
Konstitusiyanın 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Yəni vətəndaşlıq fiziki şəxslər dövlət arasında ikitərəfli münasibətdir. Bu halda Emin Hüseynovun vətəndaşlıqdan çıxmaqla bağlı müraciət etməsi inandırıcı görünmür. Hətta belə bir müraciət mövcud olsa da, bu müraciət ona asılı vəziyyətdə olduğu zaman yazdırılıb və hüquqi nəticəyə səbəb ola bilməz. Asılı vəziyyətindən istifadə etməklə bu məzmunda ərizənin yazdırılması isə şəxsin vətəndaşlıqdan məhrum edilməsidir və buna da qanun yol vermir. Belə ki, Konstitusiyanın 53-cü maddəsinin I hissəsinə görə, Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasının vətəndaşlığından məhrum edilə bilməz.
Bu qaydada vətəndaşlıqdan çıxarma həm də ona görə yolverilməzdir ki, Emin Hüseynovun bu halda vətəndaşlığı olmayan şəxs vəziyyətinə düşə bilər. Qoşulduğu beynəlxalq sənədlərlə Azərbaycan öhdəlik götürüb ki, vətəndaşlıqdan çıxmaqla bağlı müraciət edən şəxsi yalnız o halda vətəndaşlıqdan çıxaracaq ki, başqa ölkənin həmin şəxsi öz vətəndaşlığını verəcəyi haqqında öhdəliyi olsun. İsveçrənin isə belə bir öhdəlik müraciəti ola bilməz.
Azərbaycanın qoşulduğu başqa bir beynəlxalq sənədə görə isə vətəndaşlığına xitam verilmiş şəxs başqa ölkənin vətəndaşlığını müəyyən səbəbdən əldə edə bilmirsə bu halda o əvvəlki vətəndaşlığını itirmiş hesab edilməli deyil.
Yəqin ki, Emin Hüseynovun bu məsələyə münasibəti ilə gələcəkdə tanış olacağıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO