Bişkekdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

Bişkekdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

Hazırda oxunan: Bişkekdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü keçirildi

79971
Türkdilli dövlətlərin siyasətinə dəstək fondu, Qırğızıstanda yaşayan türk icmasının nümayəndəsi, Karate Şinkiokuşinkay klubu “Almaz”x9d, Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə mərkəzi, “Xəzər”x9d İssık Kul Azərbaycanlıları ictimai birliyi ilə birlikdə iyun ayının 1-də Bişkek şəhəri Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində və K. Bayalinov adına Respublika uşaq və gənclər kitabxanasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş  aksiya keçiriblər. 
Əvvəlcə fondun Bişkekdə nəşr etdirdiyi 700 dən çox kitab həmin kitabxanalara hədiyyə edilmişdir.  
Sonra hər kitabxanadan aktivliyi ilə fərqlənən  20  balaca kitabsevərə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə kitab hədiyyə edilmişdir.
 Adı gedən kitabxanalara hədiyyə olunan kitablarda Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikası 1918-1920-ci illərdə toplanmış böyük tarixi təcrübəyə söykənərək, demokratik dövlət quruculuğunu dönmədən həyata keçirərək və inkişaf etdirilməsi haqqında və Türkiyənin həqiqi tarixi haqqında geniş məlumatlar öz əksini tapıb.
Bundan başqa, Azərbaycan elmi, mədəniyyəti, tarixi, dövlətçilik tarixi, ədəbiyyatı ilə yanaşı  Azərbaycan xalqının 70 illik əsarətdən sonra yenidən müstəqilliyə qovuşduğunu, bu müstəqilliyin ümummilli lider Heydər Əliyevin sayəsində qorunub saxlanıldığını, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik olmasını özündə əks etdirərən kitablar da yer alır.
 Kitablar Bişkek şəhəri Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Gülsayra Dandıbayevaya, K. Bayalinov adına Respublika uşaq və gənclər kitabxanasının direktoru Sultanqaziyeva Roza Kalıyevnaya fondun rəhbəri Nüsrət Məmmədov, Qırğızıstanda yaşayan türk icmasının nümayəndəsi Mürfəddin Sakimov, Karate Şinkiokuşinkay klubu “Almaz”x9dın nümayəndəsi Almazbek uulu Nurfaiz, Qırğızıstandakı Azərbaycanlıların Əlaqələndirmə mərkəzinin prezidenti Cəbi Rəsulov və “Xəzər”x9d İssık Kul Azərbaycanlıları ictimai birliyinin prezidenti Ziyəddin Hüseynov tərəfindən təqdim edilmişdir. 
Hədiyyə olunmuş kitablara görə kitabxanaların rəhbərləri öz dərin minnətdarlıqlarını bildirmişlər. 
Xatırladaq ki, Fond əvvəllər də bu kitabxanalara özünün nəşr etdirdiyi minlərlə kitab hədiyyə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO