Bakı merindən  yeni  açıqlama

Bakı merindən yeni açıqlama

Hazırda oxunan: Bakı merindən yeni açıqlama

78656
Moderator.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Binəqədi rayonu ərazisində baş verən faciəli yanğın hadisəsi ilə bağlı  növbəti açıqlama verib.

O bildirib ki, bu gündən başlayaraq 9 və 16 mərtəbəli binalarda olan üzlüklərin hamısı söküləcək: “Bu proses tez alışan material vurulan 9-16 mərtəbəli binalarda gedəcək. Artıq sökülmə prosesinə başlanılıb. Sökülən binalar yüksək səviyyədə üzlənəcək, memarlıq üslubu nəzərə alınmaqla rənglənmə və fasadının daşlanma işləri başlanacaq”x9d.

Hacıbala Abutalıbov yanğın zamanı evlərindən çıxan sakinlərin də mənzillərlə təmin olunması prosesinin başa çatdığını vurğulayıb:

“Sakinlərin bir qismi Goradil, Fatmayi və Bilgəhdəkin pansionatlarda yerləşdirilib. Kirayə mənzil tutanların isə artıq pulları ödənilib”x9d.

Dünən prezident İlham Əliyevin dediyi iradlara da münasibət bildirən Hacıbala Abutalıbov qeyd edib ki, "cənab prezidentin hər bir sözü məmurlar üçün qanundur. Müzakirə olunmur".

Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı. Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.


Modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO