Müşfiq Ələsgərli KİV haqqında qanunvericilikdə nəzərdə tutulan dəyişiklikdən danışdı

Müşfiq Ələsgərli KİV haqqında qanunvericilikdə nəzərdə tutulan dəyişiklikdən danışdı

Hazırda oxunan: Müşfiq Ələsgərli KİV haqqında qanunvericilikdə nəzərdə tutulan dəyişiklikdən danışdı

64021

Cari ilin 16 dekabr tarixində Milli Məclisdə KİV haqqında qanunun 19-cu maddəsinə dəyişikliklə bağlı təklifin müzakirə olunacağı gözlənilir. Məlumata görə, məlum dəyişiklik bir il ərzində iki dəfə məhkəmə məsuliyyətinə cəlb edilən media orqanının qapadılmasını nəzərdə tutur.

Bununla bağlı Moderator.az-a açıqlama verən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli hələlik bu barədə danışmağın erkən olduğunu bildirdi:

Mən sözügedən məsələ ilə bağlı sələnən fikirləri, media ictimaiyyətinin düşüncələrini izləyirəm. Burada söhbət KİV haqqındakı qanunun 19-cu maddəsinə dəyişikliyin getməsindən gedir. Hansı ki, bu məsələnin cari ilin 16 dekabr tarixində Milli Məclisdə müzakirəsi gözlənilir. Doğrudur, media təmsilçiləri indidən önləyici açıqlamalar verirlər. Lakin biz millət vəkillərinin bununla bağlı rəyini bilmirik. Dəyişiklk tələbini irəli sürən tərəf öncə bu dəyişikliyin hansı zərurətdən irəli gəlməsi ilə bağlı açıqlama verməlidir. Bu açıqlamada öz təklifini arqumentlərlə əsaslandırmalıdır. Yalnız bundan sonra biz təklif edilən dəyişikliyin məqbul və ya qeyri-məqbul olması ilə bağlı fikir bildirə bilərik. Hələlik bu təklifə baxılıb-baxılmayacağı ilə bağlı da rəsmi qurumlar tərəfindən bir açıqlama yoxdur. Bu səbbədən də məsələyə konkret münasibət bildirmək hələ tezdir. Hesab edirəm ki, bu təklifi verən və onu qəbul edən tərəflərin rəsmi mövqeləri, məsələ ilə bağlı lazımi açıqlamaları olmadan baş verənlərə münasibət bildirmək o qədər də məqbul deyil. Hətta bəzi şəxslər çıxış edərək bildirirlər ki, guya bu qanun məhz onlara qarşı yönəlib. Guya bununla kimlərisə susdurmaq istəyirlər. Mən isə fərqli cür düşünürəm. Birincisi, hələ ki, təklifi səsləndiurən tərəf öz arqumentlərini təqdim etməyib. İkincisi isə, burada ciddi bir dəyişiklikdən söhbət getmir. Onsuz da bu, KİV haqqında qanunvericilikdə var və bunun bir, yaxud iki dəfə olması medianın durumuna ciddi təsir göstərəcək hal deyil. Lakin istənilən halda rəsmi qurumların məsələ ilə bağlı açıqlama və mövqeyini gözləmək lazımdır”x9d.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO