Millət vəkilindən Qaraçuxur məscidi barədə ilginc açıqlama...

Millət vəkilindən Qaraçuxur məscidi barədə ilginc açıqlama...

Hazırda oxunan: Millət vəkilindən Qaraçuxur məscidi barədə ilginc açıqlama...

63158
Millət vəkili Fazil Mustafa Qaraçuxur məscidinin yandırılması cəhdi barədə maraqlı status paylaşaraq burada xarici qüvvələrin əli olduğuna şübhə etmədiyini bildirib:

"Qaraçuxur məscidinin yandırılması faktı ilk baxışdan araşdırıldığında açıqca təxribat olduğu sezilir. Görünür hansısa xarici qüvvələrin əli ilə Azərbaycanda ən həssas sahələrə yönələn planlı davranışlar bundan sonra daha tez-tez müşahidə olunacaq. 
Hüquq-mühafizə orqanlarının məsələni son dərəcədə ciddiyyətlə araşdıracağına şübhə etmirəm. Ümumiyyətlə, hansısa küskün azərbaycanlı dindar ola bilsin ki, narazı qaldığı şəxsə xəsarət yetirər, ancaq məscidi yandırmağa təşəbbüs göstərməz. Bu, birbaşa hansısa xarici ölkənin kəşfiyyat qurumlarının ölkəmizə yönəlik xəbərdarlıq aksiyasıdır. Bu hadisəni nəzərə alaraq iri məscidlərin çevrəsində kameraların quraşdırlması, bu olmadıqda isə mütləq polis postlarının qoyulması vacibdir. Həssas bir beynəlxalq şəraitdə yaşayırıq və bütün ölkə vətəndaşları təxribatlara qarşı diqqətli olmalıdırlar."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO