Ölkə mətbuatında yayılan qeyri-rəsmi xəbərlərə görə MTN, DİN və Baş Prokurorluğun nəzdində antiİŞİD qrupu yaradılıb ki, məqsəd İŞİD-ə qoşulmaq istəyən və ya adıçəkilən terror təşkilatının təbliği ilə məşğul olan şəxslərin müəyyənləşdirilməsi və neytrallaşdırılmasıdır.
Bununla bağlı
Moderator.az-ın sualını cavablandıran ictimaiyyətlə əlaqələr mərkəzinin rəisi
Arif Babayev antiİŞİD qrupunun yaradılması ilə bağlı mediada yer alan məlumatı
nə təsdiq, nə də təkzib etməsə də, milli maraqları təhdid edən istənilən təhlükəni
önləmək üçün zəruri addımların atıldığını vurğuladı:
“Məsələ ilə bağlı sadəcə
onu deyə bilərəm ki, dövlətin təhlükəsizliyinə, milli maraqların təmin
olunmasına qarşı mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri,
qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”x9d.
Seymur Əliyev




































































































