“Ruslar savaş üçün yox, əylənmək üçün yaranıb”x9d

“Ruslar savaş üçün yox, əylənmək üçün yaranıb”x9d

Hazırda oxunan: “Ruslar savaş üçün yox, əylənmək üçün yaranıb”x9d

61878

Tanınmış ictimai-siyasi xadim, hər zaman ümumtürk maraqlarının müdafiəçisi qismində çıxış edən Aqil Səmədbəyli Moderator.az-a açıqlamasında rusların Krım tatarlarını orduya çağırması olayını şərh edib. A.Səmədbəyli bunu rusların döyüş qabiliyyətinin genetik olaraq aşağı səviyyədə olması ilə izah edib:

“Rusiya müharibələrdə həmişə qeyri-ruslardan, özəlliklə də türklərdən yararlanıb. Ona görə ki, bu bir gerçəkdir ki, rus milləti savaşçı millət deyil. Onlar daha çox yeyib-içib əylənmək üçün yaranıblar. Onlar hər zaman türkün cəsarət və döyüş əzminə möhtacdır. Əgər bu gün ruslarla ukraynalılar arasında silahlanma səviyyəsi bərabər olsaydı, qəti şəkildə ukraynalılar ruslara qalib gələrdilər. Görünən budur ki, ruslar bu gerçəyi başa düşdükləri üçün Ukraynaya qarşı savaşmaq üçün çeçenlərə üstünlük verirlər. Ukraynaya qarşı savaşanların içində təmiz rus çox azdır. Mən əminəm ki, ordakı ən yaxşı döyüşçülərin atası qeyri-ruslardır. Krım türkləri də çox cəsur və döyüş qabiliyyəti yüksək olan bir millət olduğu üçün ruslar onlardan istifadə etmək istəyir. Ancaq mən Krım türklərinin ruslar lehinə savaşacağına inanmıram”x9d.

 

Seymur Əliyev

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO