“Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin doğum günündə Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşməsi Qərbi Azərbaycandan olan soydaşlarımız və eləcə də bütün Azərbaycan xalqı üçün olduqca əlamətdar və mühüm bir hadisədir.Görüşdə ölkə başçısının söylədiyi fikirlər isə onu deməyə əsas verir ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”.
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, ölkə Prezidenti xalqımıza yeni hədəfi göstərdi – Bu, Qərbi Azərbaycandır”. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər xalqımız qarısında yeni vəzifələr və yeni hədəflər qoyur. Bu vəzifə və hədəflər isə ölkə Prezidenti tərəfindən müəyyənləşdirilir. Ordumuzun qəhrəmanlığı və xalqımızın milli birliyi ilə 30 il düşmən tapdağında olan torpaqlarımız azad olundu. Ötən illər ərzində Prezident ən mötəbər kürsülərdə İrəvanın, Zəngəzurun və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və Azərbaycan xalqının bu tarixi ədalətsizliklə heç vaxt barışmayacağını dünyaya bəyan etdi. Bu gün isə Qərbi Azərbaycan məsələsi dövlət və cəmiyyət olaraq prioritet məsələ kimi qarşımızda dayanır. “Nəyi, necə və nə vaxt etmək lazımdır… bunu mən bilirəm” deyən ölkə başçısı, artıq, bu məsələ ilə bağlı öz çağrışını etdi. Cənab Prezidentin həyata keçirdiyini məqsədyönlü siyasətin nəticəsidir ki, Qarabağın azad olunması uğrunda bir yumruq olan dünya azərbaycanlıları növbəti dövrdə istər Qərbu Azərbaycan, istərsə, Güney Azərbaycan olsun, böyük millət olaraq üzərinə düşən missiyanı qəbul edirlər. Biz inanırıq ki, dövlətimizin gücü və milli birliyimizlə xalqımız Qərbi Azərbaycan ellərimizə də qovuşacağıq.
Qarabağ və Şərqi Zəngəzur kimi Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb Bu baxımdan Qərbi Azərbaycan İcmasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezidentin dediyi kimi “Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”. XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməlidir. Şübhəsiz ki, bu missiyanın reallaşmasında Qərbi Azərbaycan İcmasının sistemli şəkildə fəaliyyəti xüsusilə vacibdir. Şübhəsiz ki, Qərbi Azərbaycana qayıdış xalqımızın erməni faşizmi üzərində növbəti zəfəri və tarixi ədalətin bir daha bərpası olacaqdır.Millət vəkili Tamam Cəfərova belə deyib.




































































































