Azərbaycanda 975 000 000 manatlıq oğurluq baş verib?
Nazirlik açıqlama verib.
Bu gün “Azadlıq” qəzetində Səhiyyə Nazirliyinin İnnovasiya və Tibbi Təchizat anbarından qurumun balansında olan 195 (195 000 qram) kiloqram ilan zəhəri oğurlanması ilə bağlı xəbər yayılıb.
Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məlumatı verən şəxsin bildirdiyinə görə, qara bazarda ilan zəhərinin 1 qramı 5 000 manatdır. Bu isə o deməkdir ki, İnnovasiya və Tibbi Təchizat anbarından oğurlanan ilan zəhərinin ümumi dəyəri 975 milyon manatdı.
Məsələ ilə bağlı Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova açıqlama verib.
O bildirib ki, ilan zəhəri ehtiyatı Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun tərkibində saxlanılır:
“Anbar bizim tabeçiliyimizdə deyil. Belə bir oğurluq hadisəsinin olub-olmamasından xəbərimiz yoxdur”.





































































































