Əmək və Əhalinin Sosial Müdafiəzi Nazirlyiyi yanında Əmək Müfəttişliyi xidməti işəgötürənlərə xəbərdarlıq edir.
Son günlərdə isti hava şəraitinin keçməsi ilə bağlı Moderator.az-a açıqlama verən Əmək Müfəttişliyi xidmətinin rəisi Fuad Əlizadə deyib ki, əmək qanunvericiliyinə uyğun olaraq hava tempraturu 41 dərəcədən isti olduqda açıq hava şəraitində aparılan işlır dayandırlmalıdır. Hətta qapalı iş şəraitində sərinləniricilər yoxsa orada da iş dayandırlmalı və işlərə müəyyən fasilə verilməlidir.
Əmək Müfəttişliyi xidmətinin rəisi F. Əlizadə deyib ki, son günlərdəki hava şəraiti ilə əlaqədar olaraq Əmək Müfəttişliyinin müfəttişləri işəgötürənlərin qanunvericiliyə riayət edib”“etməməsi ilə əlaqədar olaraq hər gün ərazilərə baxış keçirirlər:
“Müfəttişlər əsasən riskli iş saylan tikinti aparılan ərazilərdə işin təşkilinin monitorinqini həyata keçirirlər. Müfəttişlər əmək qanunvericiliyini pozaraq işçiləri qızmar günəş altında işçilərin işləməsinin qarşısını alırlar və işəgötürənlərə xəbərdarlıq edirlər. Onlar hər gün səhər saat 10.00-dan etibarən ərazilərə çıxıb tikinti sahələrində monitorinq həyata keçirirlər. Belə hal olan kimi işi dayandırırlar. Müfəttişlərimiz aparılan monitorinq nəticəsində dünən Yasamal rayonu ərazisində tikintilərin birində belə bir fakt aşkarlayıblar və işi dayandırıblar. Bundan sonra da isti hava şəraitində hansısa fakt aşkarlanarsa bunun qarşısı alınacaq və işə götürənlərdən işi dayandırmaq və yaxud fasilə verilməsi tələb olunacaq.”





































































































