Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

Hazırda oxunan: Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq

51916
Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Avqustun 13-dən 14-ə keçən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  açıqlamasında bildirib ki, şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
 
Havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.



APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO