Qaraçuxur qəsəbəsinin Yusif Eyvazov və
Cəlal Qurbanov küçəsinin sakinləri binalarının arasında yerləşən parkda etiraz aksiyası keçirirlər. Etiraza səbəb həmin
parkın yerində idman kompleksi tikilməsiylə bağlıdır.
Sakinlərin
Moderator.az saytının əməkdaşına verdiyi məlumata görə, həmin parkın ərsəyə gəlməsində
onların şəxsən iştirakı olub. Əvvəllər xarablıqdan ibarət olan bu yerdə öz əlləriylə
ağac əkib böyüdüblər. Mənzil-kommunal təsərrüfatına və Suraxanı rayon icra
hakimiyyətinə ayaq döyə-döyə həmin ərazinin alsaltlanmasına nail olublar. Abadlaşdırılaraq
parka çevrilən bu ərazidə indiyə qədər övladları oynayıb, özləri asudə
zamanlarını keçiriblər.
İndisə
birdən-birə həmin parkın sökülüb yerində İdman Kompleksi tikilməsi planı sakinləri
xeyli qəzəbləndirib. Onlar nəyin bahasına olursa olsun parklarını
qoruyacaqlarını bildirirlər.
Əməkdaşımızla
söhbət edən rayon bələdiyyəsinin adını söyləməyən yetkilisi isə bildirdi ki,
burada İdman Kompleksinin tikilməsi Gənclər və Turizm Nazirliyinin layihəsidir.
Aksiya
bu yazı hazırlandığı ana qədər davam edirdi.
Elşad Allahverdiyev



































































































