Şok proqnoz:

Şok proqnoz: "Xarici təxribatçılar dinc vətəndaşları qətlə yetirəcək"

Hazırda oxunan: Şok proqnoz: "Xarici təxribatçılar dinc vətəndaşları qətlə yetirəcək"

40221
“Kiyev hadisələri 20 Yanvar Bakı hadisələrinin tam təkrarıdır. Ssenari eynidir. Bakı hadisələri SSRİ-nin sonunu yaxınlaşdırdı. Kiyevdəki operativ ssenari də tam mənada eyni olacaq. Yəni, telemərkəzin partladılması, qətliam orada da gözlənilir.  Xarici təxribatçılar dinc vətəndaşları qətlə yetirib bu cinayəti Yanukoviçin ayağına bağlayacaqlar”.Moderator.az.-ın  Publika.Az ”“a istinadən verdiyi xəbərində görə, bu sözləri yazıçı-publisist, konspiroloq Həmid Herisçi Ukraynadakı son hadisələri şərh edərkən deyib. 
 
Həmid Herisçi bildirib ki, bugünkü Kiyevdəki hadisələr həqiqətən də 20 Yanvar ssenarisi ilə yenidən səhnələşdirilir: “Bunu təbii qarşılamaq lazımdır. Xüsusi xidmət orqanları təzə siyasi olayları həmişə sınanılmış nümunələr əsasında hazırlayırlar”.

O, Kiyevdəki son hadisələrin də 20 Yanvar faciəsinin ildönümündə təsadüfən təkrarlanmadığını bildirir: “Məncə Kiyevdəki hadisələr Amerika respublikaçılarının nəzarəti altındakı tam məxfi diversiya qrupları tərəfindən həyata keçirilir. Onlar hələ 24 il əvvəl də oxşar təxribatları Bakıda törətmişdilər. NATO-nun tərkibindəki bu gizli təxribat qurumlarının ümumi şərti adı "Qladio"dur. Türkiyyədə həmin gizli təşkilat “Ergenekon” adlanır. Bu cür məxfi qurumlar heç vaxt öz adları ilə çıxış etmirlər. Əməliyyatlarının adı “Yalançı bayraq” (falshe flaq operition) adlanır. Yəni, bu qurumlar həmişə yalançı bayraq altında çıxış edib izləri azdırırlar”.
 
H.Herisçi hesab edir ki, Moskvanı Kiyevdə növbəti də təxribata qarışdırmaq istəyən güclər var: “İyirminci-otuzuncu illərdən başlayaraq Qərb kəşfiyyatı Rusiyaya qarşı tam məxfi “Prometey” əməliyyatını aparır. Bu əməliyyatın əsas məqsədi millətçi qüvvələri Rusiya sərhədləri boyunca təşkilatlandırıb təxribatlara, kəşfiyyat əməliyyatlarına cəlb etməkdir. Həmin əməliyyatın operativ ssenarisi tərkibində 20 Yanvar hadisələrinin eyni oxşar sxemi mövcuddur
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO