Azər Badamov da Müsavatın Milli Şuradan getməsinə şərh verdi

Azər Badamov da Müsavatın Milli Şuradan getməsinə şərh verdi

Hazırda oxunan: Azər Badamov da Müsavatın Milli Şuradan getməsinə şərh verdi

39577

Müsavatın bu günlərdə sıralarını tərk etdiyi Milli Şuranın özü formal bir qurumdur və hələ xeyli öncədən onun gələcək taleyi haqqında dediklərimiz bir daha özünü doğrultmağa başlayır.

 Moderator.az xəbər verir ki, bunu Gün.Az-a açıqlamasında hakim partiyadan olan millət vəkili Azər Badamov dilə gətirib.

 Millət vəkili deyib ki, çünki Müsavat da daxil olmaqla, radikal müxalifətin, radikalların bu qurumda təmsil olunması sırf şəxsi maraqlara əsaslanırdı və bunu da onların özləri qarışıq bilməyən yox idi.

 Onun sözlərinə görə, yəni, ümumi fikir, vahid ideya və gələcəyə yönəlik planları olmayan radikallar bir arada çox qala bilməzlər, necə ki, qala bilmədilər.

 “Son günlər Milli Şurada yaşananlar, xüsusilə, Müsavatın həmin qurumu tərk etməklə bağlı qərarı və bu qərardan sonra baş verənlər bir daha onu nümayiş etdirdi ki, onlar  bir-birilərini ittiham etməklə sadəcə, gülünc vəziyyət yaradırlar” -deyən millət vəkili eyni zamanda bildirib ki, müsavatçıların, digər radikalların əslində burada əsas məqsədləri siyasi meydanda qalmaqla gələcək parlament seçkilərində iştirak üçün ictimaiyyətin diqqətini yenidən özlərinə cəlb etməkdir:

 “Onlar istəyirlər ki, şou-biznes qalmaqallarına oxşar bir şou yaratmaqla ictimai diqqəti yenidən özlərinə cəlb edə bilsinlər. Amma belə şoular sadəcə, gülməli vəziyyət yaradır və onlara heç bir hörmət gətirmir.

 Bir sözlə, yaranmış belə vəziyyət bir daha Müsavat və müsavatçılar da daxil olmaqla, radikalların siyasi cəhətdən məhvə doğru getdiyini göstərir”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO