Bu gün Ağır Cinayətlər Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədova barəsində açılmış cinayət işi ilə bağlı hazırlıq iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, Gülər Əhmədova da iclasda iştirak edib. Eks-deputatın vəkili Əfsər Talıbov müvəkkilinin həbsinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı müraciət etsə də, məhkəmə vəsatəti təmin etməyib. Gülər Əhmədova isə buna etiraz edib:
“Mən dəfələrlə cinayət etmişəm ki, mənə ev dustaqlığı verilmir? Mən istintaqdan niyə gizlənməliyəmki? Körpə uşağım var, hara qaça bilərəm və niyə qaçım? Üç dəfə millət vəkili seçilən adam o qədər qorxuludur ki, ölkədən qaçsın. Mən Azərbaycan-Fransa dostluq qrupunun sədri olmuşam, istəsəydim Elşad Abdullayev kimi siyasi sığınacaq alardım. Nə ölkədən qaçmaq, nə də intihar etmək fikrim var. Yoxsa mənim imkanlarımın az olduğunu düşünürsüz? Mənə fiziki və mənəvi təzyiqlər olub”.
Moderator.az






































































































