Bayram günlərində gözlənilən hava şəraiti

Bayram günlərində gözlənilən hava şəraiti

Hazırda oxunan: Bayram günlərində gözlənilən hava şəraiti

35219

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən  məlumata görə:

Bakıda və Abşeron yarımadasında

Oktyabrın 15-də  səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir. Səhər zəif şərq küləyi, gündüz və axşam isə mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun səhər 15-17, gündüz 18-20, axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.

Oktyabrın 16-da səhər havanın tutqun olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi, axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi, gündüz və axşam cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun səhər 16-18, gündüz 16-20, axşam 15-17 dərəcə isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında

Oktyabrın 15-də əsasən şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Oktyabrın 16-da arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur.  Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoz

Yaxın 2 gün ərzində Abşeron yarımadasında qeyri-sabit, rütubətli hava şəraiti, oktyabrın 16-da atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO