İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

Hazırda oxunan: İşğal altındakı Krımda şok qiymət: Bir litr benzin 450 rubla satılır - FOTO

624824

İşğal altındakı Krım yarımadasında yanacaq qiymətləri ilə bağlı yayılan fotoşəkillər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, yarımadanın cənub sahillərindəki yanacaqdoldurma məntəqələrindən birində benzinin bir litrinin 450 rubla satıldığı iddia edilir.

Sosial şəbəkədə paylaşılan qəbzə görə, yerli sakin cəmi 43,8 litr yanacaq almaq üçün təxminən 20 min rubl (dəqiq desək, 19 710 rubl) ödəyib. Bu rəqəmlər yanacağın bir litrinin qiymətinin 450 rubla çatdığını göstərir.

Bu qiymət artımı yerli əhali arasında ciddi narazılığa və bahalaşma ilə bağlı narahatlıqlara yol açıb. Rəsmi qurumlar hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO