Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumata görə:
Bakıda və Abşeron yarımadasında
Oktyabrın 15-də səhər havanın buludlu olacağı, arabir yağış yağacağı, axşam qeyri-sabit hava şəraitinin davam edəcəyi, yağış yağacağı gözlənilir. Səhər zəif şərq küləyi, gündüz və axşam isə mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun səhər 15-17, gündüz 18-20,
axşam 15 dərəcəyə yaxın isti olacağı gözlənilir.
Oktyabrın
16-da səhər havanın tutqun
olacağı, arabir yağış yağacağı, günün ikinci yarısında yağışın tədricən kəsiləcəyi,
axşam dəyişkən buludlu
olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər mülayim cənub-şərq küləyi,
gündüz və axşam cənub küləyi əsəcək,
arabir güclənəcək.
Havanın temperaturunun səhər 16-18, gündüz 16-20,
axşam 15-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Oktyabrın 15-də əsasən
şimal və şərq rayonlarında yağış yağacağı ehtimal olunur. Qərb küləyi əsəcək.
Havanın
temperaturunun gecə 9-14, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə
isti olacağı gözlənilir.
Oktyabrın 16-da
arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək.
Havanın
temperaturunun gecə 10-15, gündüz 22-27, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə
isti olacağı gözlənilir.
Tibbi-meteoroloji
proqnoz
Yaxın 2 gün ərzində
Abşeron yarımadasında qeyri-sabit, rütubətli hava şəraiti, oktyabrın 16-da
atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas
insanlarda diskomfort hissi yarada bilər.





































































































