Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

Hazırda oxunan: Tovuzda fərdi ev yandı - XƏSARƏT ALAN VAR

624814

Tovuzda vətəndaşa məxsus ev tamamilə yanaraq külə dönüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndi ərazisində qeydə alınıb.

Ev sahibi Xəyal Qəmbərov bildirib ki, hadisə baş verən zaman onlar evdə olmayıb. Qonşular zəng edərək evinin yandığı barədə məlumat veriblər.
 

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Tovuz Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürlüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.


Yanğın zamanı müxtəlif yanıq xəsarətləri alan Röyal Qəmbərov xəstəxanaya yerləşdirilib. Yanğının baş vermə səbəbləri və hadisənin təfərrüatları Tovuz rayon polis şöbəsində araşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO