Əvəz Zeynallı həbs olunmasına görə Mətbuat Şurasını günahlandırdı

Əvəz Zeynallı həbs olunmasına görə Mətbuat Şurasını günahlandırdı

Hazırda oxunan: Əvəz Zeynallı həbs olunmasına görə Mətbuat Şurasını günahlandırdı

31980

Avqustun 13-ü Nərimanov Rayon Məhkəməsində “Xural” qəzetinin baş redaktoru, məhbus Əvəz Zeynallının Mətbuat Şurasına qarşı iddiası üzrə proses başlayıb.

Moderator.az “Media forum”a istinadən xəbər verir ki, prosesdə çıxış edən Əvəz Zeynallı Mətbuat Şurasını həbsində rolu olan qurumlardan biri saydığını deyib. Mətbuat Şurası adından məhkəməyə səlahiyyətli nümayəndə kimi göndərilən İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli sənədlərlə tanış olmaq üçün vaxt istəyib. Məhkəmə avqustun 29-da davam edəcək.

Nərimanov Rayon Məhkəməsi 2011-ci ildə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxmaqdan imtina edib. O zaman “Xural” Mətbuat Şurasının onu reket qəzet elan etməsindən narazı qalaraq məhkəməyə üz tutub. Ali Məhkəmə iddiaya baxılmama qərarını ləğv edib və iş yenidən Nərimanov məhkəməsinə göndərilib. 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO