Sultan bəyin 100 il öncə Andranikin qoşununu məhv etdiyi kəndin son görüntüləri yayıldı - VİDEO

Sultan bəyin 100 il öncə Andranikin qoşununu məhv etdiyi kəndin son görüntüləri yayıldı - VİDEO

Hazırda oxunan: Sultan bəyin 100 il öncə Andranikin qoşununu məhv etdiyi kəndin son görüntüləri yayıldı - VİDEO

269066
Xalq qəhrəmanı Sultan bəyin 100 il öncə - 1919-cu ilin məhz yaz günlərində tayqulaq Andranikin işğalçı, terrorçu qoşununu darmadağın etdiyi kəndin son görüntüləri yayılıb.xa0 Söhbət 27-ci ildir ki, işğal altında qalan Laçın rayonunun Zabux kəndindən gedir.

Moderator.azxa0 həmin görüntüləri Nicat Nağdalının “You Tube” kanalına istinadla təqdim edir.

Xatırladaq ki, bir neçə ildir separatçı erməni rejimi Livanın erməni şirkətlərinin dəstəyi ilə bu kənd ərazisində, müasir standartlara uyğun evləri olanxa0 xa0yenixa0 “Ariavan” adlı qəsəbə salır...

Qeyd:

Zabux — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qonşu kəndlər (əhatəsi) – Sus kəndi, Fətəlipəyə kəndi (Həkərinin sol sahili), Cağazur kəndi (Zabux şayının sağ sahili), Ermənistan tərəfdən Gorus rayonunun Gorunzur kəndi və Dığ kəndi.xa0

Zabux Həkəri çayı ilə Zabux çayının qovuşduğu yerdən (Çay qovuşan) bir qədər yuxarıda – iki çayın arasında, Zabux çayın sol sahilində yerləşirdi. Sonradan kənd böyümüş – çayın o tayında Alxan dərəsində də evlər tikilmişdi. Laçın ərazisindəki ikinci böyük körpü bu kəndin ərazisində – Zabux çayın (Minkənd çayı da deyirdilər) üstündə idi.xa0

Kənd Laçının bir çox kəndləri kimi Ermənistanla sərhəddə yerləşirdi. Ermənistana gedən Beynəlxalq avtomobil yolu və yeraltı rabitə xətti bu kəndin ərazisindən keçirdi. Üç kənddən ibarət (Zabux, Sus, Qızılca) "Komsomol" kolxozunun sovetliyi və bütün inzibati binalar, orta məktəb, mədəniyyət evi, bəzi iaşə obyektləri bu kənddə yerləşirdi. Kənddə ta qədimdən su dəyirmanı olub.xa0

Heyvandarlıq təsərrüfatı olduğu üçün Zabuxda silos quyuları, böyük anbarlar, geniş ərazidə ot taya yerləri vardı. Kənddə yerli Zabuxlularla yanaşı qonşu Fətəlipəyədən, Fətəlipəyə Qışlağından (Bağırbəylilər ), Sus Xallanlısından və Sümüklüdən köçüb gəlmiş insanlar da məskunlaşmışdı.xa0

Yurd yerləri: Yal sümüklü, Çay sümüklü. Tirələr: Yerli Zabuxlu, Bağırbəyli, Xallanlı, Sümüklü.xa0

Məşğuliyyətləri: Zabux kəndində su altında xeyli bağlar varıdı. Zabux körpüsünün altından dəhnə vurub həm məhlələri, həm də bağları suvarırdılar. Bağlarda tut, alma, üzüm, heyva, gilas, gilənar, gavalı, ərik, göyəm yetişdirirdilər. Tutdan xanımlar bəhməz və irçal bişirərdilər. Kişilər isə tutu çəlləkdə qıcqırdıb araq çəkirdilər.Tut ağacları çox olduğu üçün dədə-babadan bu kənddə baramaçılıqla da məşğul olurdular. Bundan başqa tütün də əkilirdi. Hər üç kəndin (Zabux, Sus, Qızılca) əra¬zisində tütün emal etmək (qurutmaq üçün) tikililər varıdı. Kənddə hər kəsin bostan yeri vardı. Bostan ya həyətdə, ya da evdən aralı su tutan bir yerdə olurdu. Kələm, xiyar, pomidor, kartop, boranı, göyərti əkirdilər. Zabuxda həyətlərdə gözəl qızılgüllər becərirdilər. Mal, qoyun, keçi saxlayardılar. Kənd çay sahilində olduğundan həyətlərdə çoxlu ördək qaz saxlayırdılar. Zabuxun əkin yerlərində bol buğda, arpa əkilirdi. Zabuxlular da çay balığı ovçuluğuna yaxşı bələd idilər. Zabuxda yaxşı divar ustaları və iri daşlardan başdaşı yonmaq peşəsinə yiyələnmiş ustalar varıdı.xa0

Yer adları: Bağlar – Qısxanımın bağı, Göyüşün bağı, Calaxlıq, Məmərzə yeri, Kəlbalı bağı, Allahqulunun dərəsi (altı bağ olub), Məmmədhüseynin bağı, Çınqıllı bağ, Düz bağ, Rəhimin bağı. Bulaqlar – Qızlar bulağı, Buzlu dərə, Zoğal bulağı, Çömçəli bulaq. Örüş adları – Topatılan, Qunça uçan, Zallar, Qasımoğlu kahası, Küllü kaha, Dəvə yurdu, Bədəl uçan, Kölgəli göl (Həkəri çayında), Qıjılı şam, Qızıl qəyə, Donuz qaçan, Qara qəyə, Çay qovuşan, Eylaz bağı, Ağ ev, Söyüdlü, Xırda bağın dərəsi, Kahalı, Susa yol dönən, Gen dərə, Ağca yazı (iki yerə bölünür: Böyük yazı, Xırda yazı), Quru dərə, Kömür basdırılan (Ermənictanla sərhəddə), Xırman düzü, Şavsen təpəsi, Mehdinin quzeyi, Daş qıran, Daşlı güney, Quzğun yuvası, Bədəlin yolarası, Xutun (zahman) dibi, Umudun akasiyası, Otuz beş hektar, Sus çalası, Qurban təpəsi, Binin dərəsi, Sümüklü tələləri.

Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO