BMT baş katibi Qarabağ barədə danışdı

BMT baş katibi Qarabağ barədə danışdı

Hazırda oxunan: BMT baş katibi Qarabağ barədə danışdı

224978
BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.

Quterreş bunu Ermənistan baş naziri Nikol Paşinyana göndərdiyi məktubda bildirib.

Quterreş qeyd edib ki, BMT ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üçün göstərdiyi səyləri qətiyyətli şəkildə dəstəkləyir.

“Ümid edirəm ki, münaqişənin sülh yolu ilə həlli prosesi üçün həssas olan bu dönəmdə, çözüm səyləri daha da artacaq və uzunmüddətli sülhün bərqərar olmasına, Cənubi Qafqazın bütün ölkələrinin çiçəklənməsinə gətirib çıxaracaq.”, - deyə Quterreşin müraciətində deyilir.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO