Tokayev vitse-prezidentin səlahiyyətlərini müəyyənləşdirdi

Tokayev vitse-prezidentin səlahiyyətlərini müəyyənləşdirdi

Hazırda oxunan: Tokayev vitse-prezidentin səlahiyyətlərini müəyyənləşdirdi

634976

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın Vitse-prezidentinin yeni vəzifəsi çərçivəsində səlahiyyətləri haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, Vitse-prezident daxili və xarici siyasət, hakimiyyət orqanları ilə iş məsələləri ilə məşğul olacaq.

Qeyd edək ki, avqustun 31-də Tokayev Prezident Administrasiyasının rəhbərinin birinci müavini Erlan Karinı vitse-prezident vəzifəsinə təyin edib. Fərmanda bildirilir ki, Qazaxıstan Respublikasının Vitse-prezidenti dövlətin daxili və xarici siyasəti sahəsində strateji xarakterli təşəbbüslərin hazırlanmasını təmin edir və həmin təşəbbüsləri Qazaxıstan Respublikasının Prezidentinə təqdim edir.
 

Eyni zamanda Qazaxıstan Respublikası Prezidentinin tapşırığı ilə Qurultay, hökumət və digər dövlət orqanları, habelə siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrdə onu təmsil edir.


Bundan əlavə, vitse-prezident dövlət başçısının tapşırığı ilə beynəlxalq tədbirlərdə iştirak edəcək. O, həmçinin ölkədə mütəmadi olaraq keçirilən Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayının Katibliyinə rəhbərlik edəcək. Daha əvvəl Katibliyə ləğv edilmiş iki palatalı parlamentin yuxarı palatası olan Senatın spikeri Maulen Aşimbayev rəhbərlik edib.

Vitse-prezident, həmçinin Strateji Araşdırmalar İnstitutunun fəaliyyətinə nəzarət edəcək və dövlət təltifləri üzrə komissiya da daxil olmaqla, altı komissiyanın, habelə Gənclər Siyasəti Şurasının fəaliyyətini təmin edəcək.

Vitse-prezident öz səlahiyyətləri çərçivəsində sərəncamlar, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar verə, parlamentin, hökumətin, respublikanın Xalq Şurasının iclaslarında iştirak edə, dövlət orqanlarından və vəzifəli şəxslərdən məlumat tələb edə, prezident aktlarının layihələrinin hazırlanması və onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün idarələrarası işçi qrupları yarada biləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO